Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

İsrailin işğallarına son qoyulması üçün BMT TŞ-da məsələ qaldırılacaq

Fələstin muxtariyyətinin rəhbərliyi ötən gün Ramallahda keçirilən toplantısında İsrailin işğallarına son qoyulması üçün BMT-nin Təhlükəsizlik Şurasına yeni qanun layihəsini çıxaracaqlarını bildirib.

İnterAz-ın Fələstinin “Vəfa” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, BMT TŞ-a çıxarılacaq qanun layihəsində 1967-ci ildə İsrail tərəfindən işğal edilmiş bütün ərazilərin azad edilməsi və işğala son qoyulması üçün dəqiq tarixin müəyyənləşdirilməsi nəzərdə tutulub.

Fələstin muxtariyyətinin rəhbərliyi ötən gün keçirilən toplantısında, həmçinin, nazir Ziyad Əbu-Eynin İsrail qüvvələri tərəfindən öldürülməsini araşdıran, müstəqil, beynəlxaq komissiyanın yaradılması da tələb ediblər.

Qeyd edək ki, ötən həftə Ramallahda bir fələstinli nazirin İsrail qüvvələri tərəfindən öldürülməsi tərəflər arasında sülh danışıqlarının başlanması məsələsini daha da əngəlləşdirib.
1157 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP