Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

“Naftoqaz”: Ukraynada qazın qiyməti beş dəfəyədək bahalaşa bilər

Ukraynada əhalinin istehlak etdiyi qazın qiyməti üç-beş dəfə bahalaşa bilər. Bu barədə Ukraynanın “Neftoqaz” idarəsinin sədri Andrey Kobolev televiziya efirində məlumat verib.

Andrey Kobolev yekun qərarın hələ qəbul edilmədiyini və tariflərin qaz idxalının orta qiymətinə görə hesablanacağını deyib. Bundan başqa o, obyektiv səbəblərə görə istifadə etdiyi qazın məbləğini tam ödəyə bilməyən sakinlərin subsidiya ala biləcəyini də bildirib.

“Neftoqaz” 2015-ci ilin ilk rübündə Rusiyadan Ukraynaya idxal olunacaq qazın min kubmetrinin qiymətinin 340 dolları keçməyəcəyinə ümid edir.

Qeyd edək ki, bu ilin oktyabr ayında Moskva ilə Kiyev qış mövsümü üçün hər min kubmetr qazın qiymətinin 385 dollar olması barədə razılığa gəliblər. Razılaşmada, həmçinin Ukrayna tərəfindən ödənişin qabaqcadan həyata keçirilməsi və yaranmış borcun 1,45 milyard dollarlıq hissəsinin bağlanması da yer alıb.
1101 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı