Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

Tikritin azad edilmə əməliyyatı tezliklə başlayacaq

İraq ordusu Səlahuddin əyalətində yerləşən Tikrit şəhərini terrorçulardan azad etmə əməliyyatına hazırlaşır.
Nur-az.com-un əl-Aləm-ə istinadlı məlumatına əsasən, İraq ordusu öz qüvvələrini Tikrit ətrafına toplayıb və şəhərin azad edilməsi üçün əməliyyatlara başlamağa hazırlaşır.
Sumaria News agentliyinə məlumat verən güc strukturları rəsmisi deyib: İraq ordusu onlarla zirehli maşın və xeyli canlı qüvvə ilə Tikritin cənubundakı əl-Əvcə məntəqəsinə və şəhərin şimalındakı Spiker hərbi avia-bazası ətrafında yerləşmişlər.
O deyib: Artıq ordu Tikrit şəhərinin qərbində də yerləşib. Onlar bu şəhəri terrorçulardan təmizləmək üçün hücum əmrini gözləyirlər.
794 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP