Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

İŞİD silahlarını Mosuldan Suriyaya niyə daşıyır?

Təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) İraqın silahlı və xalq qüvvələri qarşısında ağır məğlubiyyətlərindən sonra, çox böyük miqdarda silahı Mosuldan Suriyaya keçirmişdir.
Nur-az.com-un Fars News-a istinadla verdiyi məlumata əsasən, Londonda çap olan əl-Həyat qəzetinə müsahibə verən Mosuldakı tayfa başçılarından biri Səd əl-Bədran deyib: İŞİD təkfirçiləri son 2 gündə öz sıralarında çox saylı itkilərlə üzləşmişlər. Bu itkilərin çoxu İŞİD əleyhinə koalisiyanın onların mövqelərinə zərbə vurmasından sonra baş verdi. Pişmərgə qüvvələri də Suriya sərhədləri tərəfində İŞİD-ə qələbə çalır.
İraq ordusu, anti-İŞİD koalisiyası, Pişmərgə qüvvələri və xalq mücahidlərinin irəliləməsi İŞİD-i qorxuya salıb. Onlar İraq ordusunun hərbi hissələrini işğal etdikdən sonra ələ keçirdikləri silahları Suriyaya daşımağa başlamışlar.
Əl-Bədran deyib: İŞİD-in komandirlərinin əksəriyyəti Mosulu tərk etmişlər. İşlərə nəzarəti özlərinin seçdikləri yerli şəxslərə həvalə etmişlər. Onlar ordunun irəliləməsinin qarşısını almaq üçün Mosul ətrafında xəndək qazırlar. Strateji əhəmiyyətli obyektlərə bombalar quraşdırırlar. Belə ki, əgər ordu qüvvələri bu yerləri ələ keçirsə, obyektləri partlatsınlar.
897 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı