Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

“Dirçəliş Günü”nün Heydər Əliyevlə nə əlaqəsi var?

Ənvər Əliyev: «Ölkəni çapıb-talayanlar, tamada təfəkkürlü adamlar bu tarixi özlərinə sərf edən şəkildə təqdim edirlər»

Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. 1988-ci il noyabrın 17-də Bakıda “Azadlıq” meydanında Azərbaycanın suverenliyinin pozulmasına etinasızlıq göstərdiyinə görə respublika və keçmiş SSRI hökumətlərinə qarşı etiraz əlaməti olaraq fasiləsiz mitinq başlayıb. Mitinq sonradan xalq hərəkatına çevrilib və ilk olaraq meydanda müstəqil Azərbaycanın hazırkı üçrəngli bayrağı qaldırılıb.

Sovet rejiminin sərt davranışına, çoxsaylı insanı həbs etməsinə, Bakıda fövqəladə vəziyyət elan etməsinə baxmayaraq, xalq hərəkatı yeni vüsət alıb. Beləliklə, meydan hərəkatı 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyinin elan edilməsi ilə başa çatıb. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd edilib.

Ancaq mövcud hakimiyyət bu günü Heydər Əliyevin adı ilə bağlayır və hər il noyabrın 17-də Heydər Əliyevin şəkli ekranlara həkk olunur. Hakimiyyətin nəzarətində olan mətbuat orqanları da “Dirçəliş Günü”nü Heydər Əliyevin zəhmətlərinin nəticəsi kimi qiymətləndirir.

Ötən gün “Azərbaycan” qəzetində dərc olunmuş məqalədə də qeyd edilir ki, Heydər Əliyev həmin çətin günlərdə Azərbaycana qayıdır, təzyiq və hədələrə baxmadan xalqın mənafeyini müdafiə edir: “Heydər Əliyevin ölkəyə qayıdışı Azərbaycan tarixinin yeni dövrünün başlanğıcı idi. Azərbaycan xalqı yeganə çıxış yolunu Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görürdü. Heydər Əliyev geri dönərək yaranmış böhranı aradan qaldırdı. Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan bu gün də inkişaf edir”- deyə qəzet yazır.

Göründüyü kimi, “Dirçəliş Günü” yalnız bir şəxsin fədakarlığı kimi qiymətləndirilir və azadlığı əldə etmiş insanların zəhməti danılır.

Milli Azadlıq Hərəkatının liderlərindən olmuş Ənvər Əliyev bildirdi ki, 17 noyabrı Heydər Əliyevin adı ilə bağlamaq həmin tarixə ləkə vurmaqdır və minlərlə insanın əməyini mənimsəmək cəhdidir: “Bu gün elə bir tendensiya yaranıb ki, bütün müsbət işləri Heydər Əliyevin adı ilə bağlayırlar. Ancaq bu, orta əsrlər tarixi deyil və hər kəs bilir ki, bu tarix kimlərin zəhmətinin nəticəsidir. Bu günü kimlərinsə adına yazmaq ədalətsizlikdir və həmin tarixə ləkə atmaqdır. Insanlar alın təri ilə, döyülə-döyülə, söyülə-söyülə, zindan həyatı yaşayaraq bu günə imza atıb. Gərək belə fikirlər işlədəndə halallıq alasan. Heydər Əliyevin sağlığında belə fikir yox idi. Indi ölkəni çapıb-talayanlar, tamada düşüncəsində olanlar bu tarixi özlərinə sərf edən variantda təqdim edirlər”.

Ilham Hüseyn/azadlıq
1985 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı