Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb. 1/8 finalda qrup mərhələsini qalib başa vuran 8 komanda qrup ikinciləri üz-üzə gəlib. Lakin bu mərhələdə eyni ölkənin komandaları və eyni qrupda mübarizə aparmış klubların qarşılaşması mümkünsüz idi.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları gələn il 17/18 və 24/25 fevralda, cavab görüşləri isə 10/11 və 17/18 mart tarixlərində keçiriləcək.

Artıq 1/8 finalın bütün cütlükləri müəyyələşib:

PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)
"Bayer" (Leverkuzen, Almaniya) - "Atletiko" (Madrid, İspaniya)
"Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Bavariya" (Almaniya)
"Arsenal" (İngiltərə) - "Monako" (Fransa)
"Bazel"(İsveçrə) - "Portu" (Portuqaliya)
918 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56
“Akula Akif” bar