Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

Qorbaçov indi də Amerikanı dağıtmaq istəyir

“ABŞ-ın “yenidənqurma”ya ehtiyacı var”.

Bunu SSRİ-in sabiq prezidenti Mixail Qorbaçov “Russia Today”a müsahibəsində deyib.

“ABŞ-ın vaxtilə SSRİ-də həyata keçirilən iqtisadi və siyasi islahatlara ehtiyacı var”, - deyə o vurğulayıb.

Amerikalıların müharibə istəmədiklərini deyən M. Qorbaçov bununla belə qeyd edib ki, ABŞ öz təzyiq siyasətini həyata keçirmək və məsuliyyəti öz üzərindən atmaq üçün düşmən obrazını yaratmağı bacarır.

“Öz təcrübəmə əsaslanıb deyə bilərəm ki, bu siyasi xəttə yaxşı bələdəm. İndi də köhnə “təzyiq siyasəti”nə qayıtmaq üçün ABŞ-ın düşmənə ehtiyacı var. Onlar bunsuz yaşaya bilmir. ABŞ hələ də köhnə siyasətinin əsiridir”, - deyə o bildirib./apa/
1019 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP