Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2013

Tehranda «Şəhriyar gecəsi» keçirilib

İranın paytaxtı Tehran şəhərində Azərbaycanın dünya şöhrətli şairlərindən olan Məhəmmədhüseyn Behcət Təbrizi Şəhriyar anılıb. APA-nın AZOH-a istinadən məlumatına görə, bununla əlaqədar Tehran Şəhər Bələdiyyəsinə məxsus «İmam Əli» salonunda «Şəhriyar gecəsi» adlı bədii-musiqili simpozium keçirilib.

Tədbirdə tanınmış azərbaycanlı şairlər, yazıçılar, ziyalılar, millət vəkilləri iştirak ediblər. Beş saat davam edən tədbiri Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehdi Nəimi aparıb və səsləndirdiyi şeirlər mərasim iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Tədbir tanınmış azərbaycanlı ziyalı Əkbər Azadın çıxışı ilə başlayıb. Daha sonra tanınmış şairlər Alma Muğanlı, Atilla Kişizadə, Səid Muğanlı, Əlirza Ağazadə, Şəhrək Mirzə, Vahid Nəccari və Fəranək Fərid müxtəlif şeirlər səsləndiriblər. Bundan sonra Tehran vilayətinin Şəhriyar şəhərini İran parlamentində təmsil edən azərbaycanlı millət vəkili, doktor Qərusi, mühəndis Kamal Muradi və tanınmış tədqiqatçı-alim, şair Heydər Bəyat çıxış ediblər. «Odlar» rəqs ansamblı Azərbaycan milli rəqslərini, «Qartal» və «Savalanda Sarı Bülbül» musiqi ansamblları isə Azərbaycan klassik mahnılarını ifa edib.
1736 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP