Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

"Bunların dərdi atom bombası deyil, İslamdır"

Ağ Ev: İranın bank, sığorta və neft sektoruna qarşı sanksiyalar ləğv edilməyəcək - Bununla da Ayətullah Xameneinin buyurduğu "Bunların dərdi atom bombası deyil, İslamdır" təsdiqlənir.
“Hazırda İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri çox çətin irəliləyir”. Apa-nın İRİB-ə istinadən məlumatına görə, bunu ABŞ prezidentinin strateji əlaqələr üzrə müşaviri Ben Rodz bildirib.

Onun sözlərinə görə, bununla belə İranla razılığın əldə olunması məsələsində xeyli yol qət edilib: “Biz fikirlərimizi bir-birinə yaxınlaşdırmağa müvəffəq olmuşuq. Bu səbəbdən razılığın əldə olunmasına artıq çox yaxınıq. Ancaq buna baxmayaraq müzakirələr çox çətin olacaq”.

Ağ Ev rəsmisi həmçinin deyib ki, ABŞ İranın bank, sığorta və neft sektoruna qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək: “Hətta İranla razılıq əldə olunacağı təqdirdə belə, həmin sanksiyalar öz qüvvəsində qalacaq”.
1772 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı