Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

Rusiyanın İnterpola verdiyi azərbaycanlılar

İnterpol dünyanın 190-dan artıq ölkəsini öz sıralarında birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatın mərkəzi Fransanın Lyon şəhərində yerləşir. Beynəlxaq qurum narkotik qaçaqmalçılığı, banditizm, dələduzluq və yetkinlik yaşına çatmayanlara qarşı cinayət törədən şəxslərin bütün dünya üzrə axtarışını koordinasiya edir. Ayrı-ayrı ölkələr İnterpola müraciət edərkən təşkilatın xətti ilə xüsusi təhlükəli cinayətkarları beynəlxalq axtarışa verir. Təəssüf ki, bu beynəlxalq axtarış sistemində yaşadıqları ölkələrdə cinayət törədən azərbaycanlıların da adına rast gəlmək mümkündür. Modern.az saytı Rusiya Daxili İşlər Nazirliyinin axtarışa verdiyi azərbaycanlı cinayətkarların siyahsını təqdim edir.

Müşfiq Əbdürrəhmanov - 1970-ci il fevralın 5-də Gəncədə anadan olub. Rusiya Daxili İşlər Nazirliyi tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Ramin Eyyubov - 1978-ci il avqustun 24-də Qazax rayonunda anda olub. “Külli miqdarda narkotik vasitələrin satışı” maddəsi ilə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Kamil Şahbazov - 1980-ci il fevralın 6-da Sabirabad rayonunda anadan olub. “Zorlama” maddəsi ilə beynəlxalq axtarışa verilib.

Elman Məmmədov - 1964-cü il martın 30-da Şəmkir rayonunda anadan olub. “Qəsdən adam öldürmə” və “banditizm” maddələri ilə beynəlxalq axtarışdadır.

Telman İmanquliyev - 1982-ci il iyulun 15-də Azərbaycanda anadan olub. “Qəsdən sağlamlığa ağır xəsarət vurma” və “soyğunçuluq” maddələri ilə beynəlxalq axtarışa verilib.

Faiq Musayev - 1976-cı il aprelin 30-da Qusarın Mucuq kəndində anadan olub. “Qabaqcadan əlbir olaraq bir qrup şəxslə özgə əmlakını talama” maddəsi ilə axtarışa verilib.

Vahid Əsgərov - 1986-cı il dekabrın 8-də Şəmkirin Daşbulaq kəndində andan olub. “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə beynəlxalq axtarışa verilib.

Məzahir Rüstəmov - 1964-cü il martın 8-də Naxçıcan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndində anadan olub. “Bir qrup şəxslə yetkinlik yaşına çatmayan şəxsin zorlanması” maddəsi ilə beynəlxalq axtarışdadır.

Dəmir Ələkbərov - 1958-ci il oktyabrın 24-də anadan olub. “Qəsdən adam öldürmə” maddəsilə beynəlxalq axtarışdadır.

Namiq Hüseynov - 1976-cı il yanvarın 8-də Gədəbəy rayonunda anadan olub. “Zorlama” maddəsi ilə beynəlxalq axtarışa verilib.

Seymur Cəfərov -1983-cü il sentyabrın 15-də Gəncə şəhərində anadan olub. “Qəsdən sağlamlığa yüngül xəsarət yetirmə” madddəs ilə beynəlxalq axtarışa verilib.

Nazim Qurbanov - 1969-cu il dekabrın 6-da Tovuz rayonunda anadan olub. “Külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanusuz dövriyyəsi və satışı” maddəsi ilə beynəlxalq axtarışdadır.

Nurəddin Gözəlov - 1969-cu il fevralın 19-da Ermənistanda anadan olub. “Narkotik vasitələrin qanunsuz əldə olunması, daşınması və satışı” maddəsi ilə İnterpol tərəfindən axtarılır.

Nurlan Məmmədov - 1990-cı il iyunun 10-da Azərbaycanda anadan olub. “Narkotik vasitələrin və psixotroop maddələrin qanunsuz daşınması və dövriyyəsi” maddəsi ilə beynəlxalq axtarışdadır.
935 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...