Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2014

Kadırovun “Ölüm batalyonu”nun görüntüləri yayıldı - Video

Donbasda qondarma Donetsk Xalq Respublikasının tərkibində döyüşən çeçen xüsusi təyinatlılarından ibarət “Ölüm batalyonu”nun görüntüləri yayılıb.

Onların sayı təxminən 300 nəfərə yaxındır və aralarında Rusiyanın islamçılara qarşı apardığı iki müharibədə iştirak edən xüsusi xidmət orqanlarının veteranları da var.

“Röyters” agentliyinə danışan çeçen batalyonunun “Stinger” ləqəbli lideri bildirib ki, bu insanların hər birinin ən azı 10-20 illik döyüş təcrübəsi var.

Batalyonun əsas tapşırıqlarından biri Ukrayna tərəfində döyüşən çeçenləri ələ keçirməkdir.

Qeyd edək ki, oktyabrın 5-də Qroznıda baş verən terror aksiyasından sonra Çeçenistan lideri Ramzan Kadırov baş verənlərə görə günahlandırılan ukraynalı deputatlar – Yuri Beryoza, Andrey Levusa və İqor Mosiyçuk və eyni zamanda mühacirətdə olan çeçen komandir İsa Munayevin oğurlanması ilə bağlı tapşırıq vermişdi.

 

 

1002 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP