Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2014

BMT: Suriyada 200 minə yaxın insan ölüb

Suriyada 2014-cü ilin əvvəlində ölənlərin sayı ikiqat artaraq 200 minə çatıb.

İTAR-TASS-ın verdiyi xəbərə görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında qurumun Baş katibinin müavini Valeri Amos bəyan edib.

Onun sözlərinə görə, hökumət qüvvələrinin terrorçulara qarşı apardıqları döyüş əməliyyatları nəticəsində 1 milyona yaxın insan yaralanıb. “Bu rəqəmlər durmadan artır”, deyə V.Amos vurğulayıb.

BMT-nin hesablamalarına görə, hazırda 12 milyondan çox suriyalının humanitar yardıma ehtiyacı var.
834 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber