Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2014

“127 manatla necə dolanım?”

Əlilin varsa, ona sahib çıxırsansa, dövlətsən, millətsən, "yoxdursa”, gizlədirsənsə əlilsən...

İstənilən ölkənin əlili var, küçələrində rastlaşarsan, təkcə Azərbaycandan başqa. Avropa ölkələrində hər addımda əlil görərsən, kimisi arvadını, kimisi qardaşını, başqa birisi nənəsini əlil arabasında daşıyır, araba ilə metroya, avtobusa, tramvaya minir. Azərbaycanda küçədə əlilə rast gəlmək nadir hallarda mümkündür.

Niyə axı? Bizdə əlil yoxdur, yoxsa? Bəlkə pulsuzluqdan bayıra çıxmırlar?

Birinci qrup əlilinin yazdığı məktub çox qaranlıq məqamları üzə çıxardı. Şikayətçi yazır ki, 127 manat təqaüd alır və həmin məvaciblə bir ayı dolanmalıdır.

Həmin təqaüdə heç nə ala bilmədiyindən, motorlu arabanın 2500 manat olduğundan gileylənir./bakuinfo/
918 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06