Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2014

Sumqayıt qəbiristanlığının yolunun pulunu kimlər yeyir?

Sumqayıt şəhərinin bir çox küçələrində, məhəllədaxili yollarda əsaslı təmir işləri görülür. Amma, bərbad və keçilməsi mümkün olmayan yollar da var ki, bu vaxta kimi bir dəfə də olsun təmir edilməyib. Sumqayıt sakinlərinin bir qrupu məhz şəhər qəbiristanlığına gedən yolun bərbad gündə olmasından Xeberle.com-a şikayətlidirlər. 33 saylı marşrutun son dayanacağına kimi yollar təmir edilib. Qəbiristanlığa gedən yolun qalan hissəsini keçmək mümükün deyil. Dünyasını dəyişən əzizlərinin məzarını ziyarət etmək üçün, sakinlər qəbiristanlığın yollarını gedib gələnə kimi, nə qədər çətinlik çəkdiklərini deyirlər. Yolların yarısı çala-çuxurludur. Yağış yağanda çalalar su ilə dolur. Nəticədə kiçik gölməçələr yaranır. Maşınla belə yoldan keçmək mümkün olmur. Belə olan halda çox zaman yolun yarısını piyada getmək məcburiyyətində qalıdıqlarını bildirirlər. Nə piyada, nə də maşınla keçib gedə bilmədikləri son mənzilə gedən yolların nə zaman abadlaşdırılacağını bilmək istəyirlər.

Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Gülrəng Cümşüdova sakinlərin şikayətinə münasibətini bildirərkən bunları söylədi: "Şəhərdə bərbad vəziyyətdə olan yolların hamısı təmir edilir. Təmirə ehtiyacı olan yollar da bələdiyyənin nəzərindədir. Sadəcə havaların yağışlı keçməsi yollarda təmir işlərini görməyə imkan vermir. Münasib hava şəaritində şəhər qəbiristanlığının problemli yolları da təmir ediləcək”.
Gülrəng Cümşüdovanın açıqlamasından sonra bir aya qədər vaxt ərzində gözlədik. Şöbə müdiri bizi əmin etmişdi ki, yer quruyan kimi yollara çınqıl töküləcək. Əldə etdiyimiz məlumata görə, qəbiristanlığa gedən yollarin təmiri üçün şəhər bələdiyyəsinə müəyyən məbləğ də ayrılıb. Lakin "iş” göz qabağındar. Sumqayıt sakinlərini isə quru vədlər deyil, görülən işin nəticəsi maraqlandırır.


P.S. Bu fotolar ayın 14-də - həftənin bazar günü çəkilib. Göründüyü kimi, bələdiyyə yetkiləri verdikləri sözü tutmayıblar.






- See more at: http://xeberlent.az/index.php?do=xeber_inner&id=7617#sthash.qNAKknQk.dpuf
846 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33
Heç utanırsız?