Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2014

Moskvada azərbaycanlılar bir-birini güllələdi

Moskvanın cənub-qərbində yerləşən “Şərq Nağılı” adlı kafedə azərbaycanlılardan ibarət iki qrup arasında silahlı insident yaşanıb.

Hüquq mühafizə orqanlarından Lifenews.ru-saytına verilən məlumata görə, iki qrup arasında əvvəlcə söz davası olub, daha sonra isə onlar silaha əl atıblar.

Nəticədə Aydın Paşəliyev aldığı güllə yarasından hadisə yerində ölüb, Babayev və Abdullayev soyadlı azərbaycanlılar isə ağır yaralanıb.

Moskva polisi hadisəni törədən 3 nəfər silahlı şəxsin axtarışına başlayıb./aznyus/
933 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber