Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2014

"İranın raketləri müzakirə mövzusu olmayacaq"

İran İslam Respublikasının dini liderinin xarici məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti dekabrın 15-də jurnalistlərə açıqlamasında Qərblə aparılan nüvə danışıqlarında ölkənin raketlər məsələsinin müzakirə olub-olmayacağından söz açıb.

Əli Əkbər Vilayəti deyib ki, 5+1 qrupuna (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) daxil ölkələr İranla növbəti nüvə danışıqlarında İran raketləri ilə bağlı məsələni müzakirə mövzusuna çevirməyə çalışır: “Lakin qərblilərin bu yuxusu heç vaxt çin çıxmayacaq. İran özünün müdafiəsi ilə bağlı hədəflərinə çatmaq üçün lazım olan hər işi görəcək. Raketlərin ən mühüm funksiyası onların qabaqlayıcı rol oynamasıdır. Bizim öz müdafiə sistemimizi gücləndirmək üçün heç bir kəsdən icazə almağımıza ehtiyacımız yoxdur. Elə buna görə də hesab edirəm ki, İranın raketləri ilə bağlı məsələ müzakirə mövzusu olmayacaq”./mediaforum/
956 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23