Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2014

İŞİD-ə ağır zərbə: 70 silahlı öldürüldü

İraqda “İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı aparılan son hərbi əməliyyatlarda ciddi uğur əldə olunub.

Son 24 saatda İraqın müxtəlif bölgələrində İŞİD-in 70 üzvü öldürülüb.

İraq Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamada qeyd olunur ki, Anbar vilayətində davam edən qarşıdurmalarda terror qruplaşmasının 26 üzvü öldürülüb. Fəllucə mahalında isə ABŞ istehsalı “Abrams” tanklarından açılan atəşlə 19 terrorçunun öldürüldüyü bildirilir.

ABŞ-ın liderlik etdiyi koalisiya gücləri dünən gecə Kərkükün cənub qərbindəki İŞİD-in mövqelərini vurub. Aviazərbələr nəticəsində 35 İŞİD üzvü ölüb, 45-i isə yaralanıb.
870 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01