Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2014

Əl-Cəzirə kanalı əl-Qaidənin rəsmi sözçüsü olub

Qətərin əl-Cəzirə kanalı əl-Qaidə terror təşkilatının Suriya qolu olan ən-Nüsrə cəbhəsinin rəsmi sözçüsü kimi fəaliyyət göstərir və bu terrorçu qruplaşmaya aid olan xəbərləri özəl və “eksklüziv” formada yayımlayır.
Nur-az.com-un əl-Aləm-ə istinadlı məlumatına əsasən, əl-Cəzirə kanalı ən-Nüsrə cəbhəsinin İdlib şəhərinin cənubunda yerləşən Vadi əz-Zəyf və əl-Hamidiyyədə olan hərbi bazalara hücumunu işıqlandırıb. Xəbərin işıqlandırılması metodundan məlum olurdu ki, Qətər kanalı terrorçuların hücumuna dəstək verir.
Əl-Cəzirə kanalı bu arada ən-Nüsrə cəbhəsinin İdlib üzrə sərkərdələrindən olan Əbu Miqdad əl-Ənsaridən müsahibə də almağı “bacarmışdır”. Aparıcı Əbu Miqdaddan soruşdu: “Ən-Nüsrə cəbhəsi öz əldə etdiklərini qoruya bilir ya yox?” Əbu Miqdad isə sualdan yayınmaq üçün qarışıq ifadələr işlətdi. Lakin diqqət çəkən məsələ budur ki, əl-Cəzirənin aparıcısı müsahibənin sonunda bildirdi ki, ən-Nüsrə cəbhəsi öz əldə etdikləri əraziləri qoruya bilir.
917 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı