Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2014

Kərkükdə İŞİD-çi qadınlar yerləşdirildi

Kərkükdən gələn xəbərlərə əsasən, təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) öz tabeliyində olan qadın qüvvələri bəzi küçə və ümumi məkanlarda yerləşdirmişdir.
Nur-az.com-un əl-Aləm-ə istinadlı məlumatına əsasən, İŞİD terrorçuları bir dəstə qadını İraqın Kərkük əyalətinin cənub qərbində yerləşən əl-Huvəycə şəhərində yerləşdirmiş və onlara göstəriş vermişdir ki, qadınları niqabdan istifadə etməyə məcbur etsinlər. Boyun qaçıran qadınlara isə şallaq zərbəsi vursunlar.
İraqın Suməriya News kanalı Kərkükdəki bir mənbəyə istinadla belə məlumat verib: İŞİD terror təşkilatı yanında niqabsız qadınla küçə, prospekt və ümumi yerlərdə gəzən kişiləri şallaqla cəzalandıracaq.
Mənbə bildirib: İŞİD habelə əl-Huvəycə, ər-Riyaz məntəqələri, əl-Əbbasi və əz-Zabbda tütün məmulatlarından istifadə etməyi qadağan etmişdir. Qadağadan yayınanlar şallaqla cəzalandırılır.
Adı çəkilməyən mənbə əlavə edib: İŞİD terrorçuları siqaret və qəlyan satılan mağazaları bağlamış və burada olan bütün malları müsadirə etmişlər.
İŞİD dünən Kərkükün cənubundakı Daquq şəhərində 2 nəfəri siqaret çəkdiyinə görə tutmuş və şallaqla cəzalandırmışdır.
988 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı