Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2014

Leyla Yunus karserə salınıb

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus dekabrın 11-də karserə salınıb. Bu, L.Yunus tibbi müayinədən imtina etdikdən sonra baş verib. Bu barədə o, dekabrın 15-də vəkili Elçin Qəmbər ilə görüş zamanı bildirib.

“Dekabrın 11-də həkimlər – ağ xalatlı qadınlar və mülki geyimli bir kişi mənim yanıma gəldi. Ekspert olduqlarını və müstəqil tibbi-məhkəmə ekspertizası aparacaqlarını bildirdilər. Mən dedim ki, Azərbaycanda müstəqil məhkəmə və ekspert yoxdur. Bildirdim ki, yerli həkimlərə etibar etmirəm, odur ki, müayinədən keçməkdən imtina edirəm. Kişi mənim özümü necə hiss etməyim barədə otaq yoldaşımdan soruşdu. Mən qışqırdım ki, otaq yoldaşımı rahat buraxsınlar. Əsəblərim dözmədi, ağlamağa başladım və həkimlərin çıxıb getməsini tələb etdim. Sonra adyala bürünərək üzümü divara çevirdim.

Həkimlər gedəndən 10 dəqiqə sonra təcridxanansın 7-8 əməkdaşı kameraya daxil oldu. Onlar təcridxana rəhbərliyinin yanına getməyimi tələb etdilər. Mən imtina etdim. Çünki ehtiyat edirdim ki, birdən həkimlər getməz və mənə iynə vurarlar. Bundan sonra artıq onların ixtiyarında olacam. Lakin nəzarətçilər məni çarpayıdan sürüyüb saldılar, ayaqqabılarımı belə geymədən kameradan çıxararaq 300-400 metr sürüyüb apardılar. Məni maşına oturdaraq cərimə blokuna aparıb karserə saldılar və bir gün orada qaldım.

Tələb etdim ki, karserə düşməyimin səbəbləri ilə bağlı rəsmi açıqlama verilsin. Lakin bundan imtina etdilər. Həbsdə olduğum beş ay ərzində bu, ən dəhşətli məqam idi”, - vəkil hüquq müdafiəçisinin sözlərindən sitat gətirib./contact/
823 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı