Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Dekabr 2014

Rusiya İŞİD-in tərkibində döyüşənlərin sayını açıqladı

İŞİD sıralarında və dünyanın digər savaş gedən zonalarında MDB ölkələrindən 1500 nəfər döyüşür ki, bunlardan 850 nəfəri Rusiya vətəndaşıdır.

İtar-tass.com agentliyi xəbər verir ki, bu açıqlama ilə Rusiya Milli Antiterror Komitəsinin rəhbərinin müavini Yevgeni İlin çıxış edib.

O, Rusiyanın qaynar nöqtələrdən geri qayıtmış döyüşçüləri müəyyənləşdirməyə çalışdığını bildirib:

“Bununla bağlı çoxlu sayda məhkəmə qərarı var. Demək olar ki, biz hər həftə qaynar nöqtələrdən qayıtmış şəxslərlə bağlı cinayət işi əldə edirik. İŞİD bu gün özünün dəhşətli hərəkətləri ilə Əl Qaidəni kölgədə qoyub. Bunun hesabına da ətrafına xeyli miqdarda döyüşçü yığıb. İŞİD Şimali Qafqaza qayıdanlar da daxil olmaqla terror aktivliyini digər regionlara yaymağa çalışır”./axar/
969 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08