Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

Putin Merkel, Olland və Poroşenko Ukraynadakı vəziyyəti müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko telefon danışığı zamanı Donbasda davamlı atəşkəsin təmin edilməsinin vacibliyini qeyd ediblər. “TASS”ın verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

“Ukraynadakı böhran vəziyyətinin müzakirəsi davam etdirilib. Donbasda davamlı atəşkəsin təmin edilməsinin vacibliyi qeyd edilib”, deyə məlumatda bildirilir.

Təmas qrupunun tezliklə toplantısının keçirilməsinin vacibliyi, prioritet vəzifələr sırasında əsirlərin mübadiləsi və ağır silahların təmas xəttindən geri çəkilməsi qeyd olunub.

Zərər çəkmiş bölgələrin iqtisadi bərpası, əhaliyə humanitar və sosial yardımların göstərilməsinə dair məsələlər nəzərdən keçirilib.

Yaxın gələcəkdə telefon əlaqəsi vasitəsilə təmasların davam etdirilməsinə dair razılıq əldə olunur.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov ötən gün “France 24” telekanalına müsahibəsinə bildirib ki, Pyotr Poroşenko hazırda Ukrayna üçün ən yaxşı şansdır./apa/
917 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı