Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

İŞİD-ə ağır zərbə vuruldu

İŞİD-in Şənqal valisi koalissiya qüvvələrinə məxsus bombardmançı təyyarələrin hücumu zamanı öldürülüb.

Bu barədə Kürdistan Demokrat Partiyası Mosul nümayəndələrindən olan İsmət Rəcəb xəbər verib.

“Koalissiyaya aid hərbi təyyarələr tərəfindən İŞİD terror qruplaşmasının Şənqalda yerləşən bazalarına hücumlar təşkil edilib. Hücum zamanı qruplaşmanın vali olaraq qəbul etdiyi Əbu Ayşə adlı şəxs də məhv edilib” – deyə İ.Rəcəb bildirib.

Vali ilə yanaşı, onlarla İŞİD yaraqlıları da hücumun qurbanı olub. Xüsusilə Şənqal və Bəhacə bölgələrinə edilən hücumlar 2 saat davam edib.

İŞİD-ə məxsus maşın karvanları partladılaraq məhv edilib. Peşmərgə qüvvələri sözügedən maşın karvanında 100-dən çox İŞİD-çinin olduğunu vurğulayıb.

Qeyd edək ki, yezidi kürdlərin kompakt yaşadığı Şənqal, hazırda İŞİD terror qruplaşmasının nəzarəti altındadır./ans/
678 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...