Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

İŞİD-ə qadın-döyüşçü toplayan şəbəkə aşkarlanıb

İspaniya və Marokko hüquq-mühafizə orqanlarının birgə əməliyyatı zamanı İŞİD üçün qadın toplayan şəbəkənin 7 üzvü həbs olunub.

RİA Novosti xəbər verir ki, qadın-döyüşçü toplamaqla məşğul olan şəbəkəyə qarşı əməliyyat bu gün keçirilib. Nəticədə İspaniyada 1-i yetkinlik yaşına çatmamış olan 4 qadın və 1 kişi saxlanıb. Əməliyyatlar İspaniyanın Marokkodakı anklavları olan Seut, Melildə və Barselonada keçirilib.
Daha iki nəfər isə Marokkonun İspaniya ilə sərhədində yerləşən Fnidk şəhərində yaxalanıb.
İspaniya Daxili İşlər Nazirliyinin saytında yayılan məlumatda hazırda şəbəkənin digər üzvlərinin tapılması istiqamətində axtarışların davam etdirildiyi qeyd olunur.
848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu