Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

İŞİD-ə sarsıdıcı zərbə: 60 ölü

Suriya HHQ-nin təyyarələri Deyr-əz-Zor ətrafında "İslam dövlətinin" 60-dan artıq yaraqlısını məhv ediblər. TASS agentliyi bu barədə məlumat verir.

Silahlı ekstremistlər artıq ikinci aydır ki, hökumət qüvvələrinin meydanına çevrilən və El-Cerfe şəhərindən yeddi kilometr cənubda yerləşən hərbi aerodromu ələ keçirməyə çalışırlar.

"Reydlərin əksəriyyəti Mreyə, Xutlu, Xoveyca-Sakr şəhər ətraflarına, həmçinin qonşu Muxasan və Mayedin şəhərlərinə törədilib", - Suriyanın hərbi mənbəsi bildirib. Onun sözlərinə görə, Mayedində ölənlər arasında beş səhra komandiri olub, onlardan üçü Küveyt və Tunis muzdluları idi.

El-Xasika əyalətində hava zərbələri El-Meylabiya yaxınlığında yerləşən terrorçu dəstələrə və onların Manacir, Aqbiş və Tell-Safa yaşayış məntəqələrindəki bazalarına endirilib. İtkilər barədə məlumat verilmir.
1214 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir