Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

“İsgəndər” raketləri Avropaya yerləşdirildi

“Rusiya “İsgəndər-M” raketlərini 5 gün bundan öncə Kalininqrada yerləşdirib”.

“Reqnum” agentliyi xəbər verir ki, bu açıqlamanı rusiyalı generalı-leytenant Andrey Kartapolov Rusiyanın Kalininqrad ətrafında dekabrın 5-dən 10-a kimi davam edən və Qərb Hərbi Dairəsinin qoşunlarının hərbi hazırlığının yoxlanılması və regionun təhlükəsizliyinin təmin olunması məqsədilə keçirildiyi bildirilən təlimdən danışarkən deyib.

O, təlimdə 9 min hərbçinin, 250 tankın, 100 artilleriya və reaktiv sistemin, 55 gəminin, 41 uçan aparatın iştirak etdiyini bildirib. General bütün texnikanın təlimdən sonra ərazidən geriyə çəkilməsi haqqında məlumat versə də, “İsgəndər-M” raketlərinin ərazidə qalıb-qalmaması barədə heç bir söz söyləməyib.

Qeyd edək ki, bir il bundan öncə Almaniyanın “Bild” qəzeti Kalininqrada “İsgəndər-M”raketlərinin gətirildiyini və onların Baltik ölkələri tərəfə istiqamətləndirildiyi haqqında informasiya yaymışdı. Lakin sonradan Putin narahatlığa əsas olmadığını və Kalininqrada heç bir raketin yerləşdirilmədiyini demişdi./axar/
743 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı