Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

İraqda İŞİD-in “maarif naziri” hesab edilən Almaniya vətəndaşı öldürülüb

İŞİD-in İraqdakı mövqelərinə zərbələrin endirilməsi nəticəsində terror qruplaşmanın “maarif naziri” hesab edilən Misir əsilli Almaniya vətəndaşı Reda Zeyam öldürülüb.

“TASS”-ın verdiyi xəbərə görə, bu barədə NDR və WDR teleradio şirkətlərinin məlumatında bildirilir.

Məlumata görə, 54 yaşlı Zeyam uzun müddət Almaniyada yaşayıb, bu ölkədəki sələfilər arasında böyük nüfuza malik olub və İŞİD-lə uzun müddət yaxından əməkdaşlıq edib. Almaniya xüsusi xidmət orqanları məlumatı təsdiqləyib.

Məhz “Zül Karnayn” ləqəbi ilə tanınan Zeyamın təşəbbüsü ilə İŞİD İraq məktəblərində musiqi, coğrafiya, təsviri incəsənət və ictimaiyyat fənlərinin tədrisini qadağan ediblər.
Zeyamın rəhbəri olduğu İŞİD-in “maarif nazirliyi” silahlıların nəzarətində olan Mosul şəhərinin universitetində fəaliyyət göstərirmiş.
752 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber