Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

Pakistanda matəm elan olunub

Pakistanda üç günlük matəm elan olunub. Dekabrın 16-ı Pişəvər şəhərində talibanın hərbi məktəbə hücumu nəticəsidə 132 məktəbli və 9 məktəb işçisi həlak olub. Hücumu həyata keçirən terrorçulardan altısı öldürülüb. Onlarla yaralı var.

Terrora görə məsuliyyəti Pakistan talibançıları öz üzərinə götürüb. Bildiriblər ki, bu, ölkə ordusunun Şimali Vəziristanda talibana qarşı həyata keçirdiyi hərbi əməliyyatın qisasıdır. Baş nazir Nəvaz Şərif hücumu “vəhşilərin başlatdığı milli faciə” adlandırıb. Baş nazir parlamentdə olan bütün partiyaları dekabrın 17-də Pişəvərdə toplaşmağa və regionun təhlükəsizlik məsələlərinə dair konfrans keçirməyə dəvət edib.
924 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber