Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

Bağdadda 36 bomba kəşf edilərək zərərsizləşdirilib

Bağdadın Əməliyyat Komandanlığı Mərkəzi təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) üzvlərinin İraq paytaxtı Bağdadın müxtəlif məntəqələrində yerləşdirdikləri 36 bombanın kəşf edilərək zərərsizləşdirdikləri barədə məlumat verib.
Nur-az.com-un Fars News-a istinadla verdiyi məlumata əsasən, Bağdadın Əməliyyat Komandanlığı Mərkəzi bəyanat yayaraq bildirib: Bağdad təhlükəsizlik qüvvələri tərəfindən bir terrorçu məhv edilib. Ondan çoxlu miqdarda silah, sursat və partlayıcı maddələr kəşf edilib.
Əl-Aləm kanalı məlumat verib ki, Bağdadda nəzarətə götürülmüş bir çox şəxs güc strukturları tərəfindən həbs edilib.
İŞİD terror qruplaşması son aylarda İraq ordusu və xalq qüvvələri tərəfindən ardıcıl məğlubiyyətlərə uğradığı üçün ölkənin dinc əhali yaşayan şəhərlərində geniş şəkildə bomba qurma əməliyyatları keçirir.
900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...