Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

İŞİD Fəllucədə 150 iraqlı qadını öldürdü

İraqın İnsan Haqları Nazirliyi bəyanat yayaraq bildirib: Fəllucə şəhərində təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinin (İŞİD) komandirlərindən olan Əbu-ənəs əl-Libi 150 iraqlı qadını qətlə yetirib.
Nur-az.com-un Fars News-a istinadla verdiyi məlumata əsasən, cinayətləri və qəddarlığı ilə özündən əvvəlki vəhşiləri geridə qoymağı bacaran İŞİD bu dəfə 150 iraqlı qadını, o cümlədən bir neçə bakirə qız və hamilə qadını “cihad nikahı” təfəkkürünü rədd etdikləri üçün qətlə yetirib.
Bəyanatda deyilir: Qurbanların cəsədləri əz-Zəğarid, Həyy əl-Cəvlan və əs-Səqlaviyyə qəbristanlıqlarında dəfn edilmişlər.
Nazirliyin bildirdiyinə görə, İŞİD-in törətdiyi cinayətlər Səddam rejiminin cinayətlərindən geri qalmır.
Bəyanatda deyilir: İŞİD terrorçuları əl-Həzrət əl-Muhəmmədiyyə məscidini İŞİD-in addım və fikirlərinə müxalif olan qadın və kişilərin böyük bir həbsxanasına çevirmişdir.
869 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49