Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

İŞİD-in hücumundan sonra, azı 2700 iraqlı itkin düşüb

Nur-az.com-un Fars News-a istinadla verdiyi məlumata əsasən, İraqın İnsan Haqları Nazirliyi təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinin (İŞİD) İraqa hücumundan indiyə qədər ən azı 2.700 iraqlının itkin düşdüyü barədə məlumat verib.
İtkin düşənlərin əksəriyyəti silahlı qüvvələrin əməkdaşlarıdır.
İŞİD terrorçuları iyun ayında İraqın Səlahuddin əyalətinə hücum etdikdən sonra, Tikrit şəhəri yaxınlığındakı Spiker Hərbi Hava Qüvvələrinin bazasına hücum etdi. Burada hərbi təlim mərkəzində olan 1700 şiə tələbə silahsız şəkildə yaxalanaraq kütləvi şəkildə qətlə yetirildi.
Spiker İŞİD-in yeganə kütləvi qətl cinayəti deyil. Bu terrorçu qruplaşma Mosulda yerləşən Baduş həbsxanasında olan 500 nəfər şiəni də kütləvi şəkildə öldürdü.
İraq İnsan Haqları Nazirliyinin sözçüsü Kamil əl-Əmin itkin düşənlərin statistikasını açıqlayarkən bildirib: İŞİD-in Spiker bazasına hücumu zamanı 1660 nəfər, Baduş həbsxanasına hücumu zamanı 487 nəfər və başqa məntəqələrdə isə 554 nəfər itkin düşmüşdür.
O bildirib: Bunlardan əlavə də itkin düşənlər var ki, müxtəlif səbəblərə görə onların adları qeydə alınmayıb.
908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber