Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

Rusiya Litva və Polşa ilə həmsərhəddə qoşun yığmağa başlayıb

Rusiya prezidenti Vladimir Putinin əmri ilə ölkənin qərb regionu Kalininqrad ərazisində hərbi təlimlər keçirilib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilib ki, NATO-nun üzvü olan Litva və Polşa ilə həmsərhəd olan Kalininqrad sahəsində qoşunların döyüş hazırlığının yoxlanılması məqsədi ilə keçirilən təlimlərdə 9 min hərbi qulluqçu və Hərbi Dəniz Donanmasının 55-dən çox gəmisi iştirak edib.

Təlimlərə müxtəlif növ hərbi birləşmələr, raket və artilleriya bölmələri, motoatıcı diviziya, desant və dəniz piyada qoşunları, kəşfiyyat bölmələri, həmçinin döyüş ekipajları və hərbi-nəqliyyat təyyarələri, vertolyotlar, Baltik donanmasının gəmiləri cəlb olunub.

Rusiyanın gözlənilmədən təlim keçirməsi Ukraynadakı böhranlı vəziyyətlə əlaqədar Qərblə münasibətlərin gərginləşməsi və pisləşməsi, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması ilə bağlıdır./ans/
761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP