Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

"Skype"da inqilab

"Microsoft"un satın aldığı "Skype"da inqilab. Dünyanın ən geniş yayılan danışıq proqramı yeni xidmətini hazırlayıb. "Skype Translator" adındakı yeni xidmət sayəsində artıq xarici dil anlayışı qalmayacaq. Belə ki, istifadəçilərin danışıqları sinxron tərcümə ediləcək. Xidmət hazırda ingilis və ispan dillərinin tərcüməsini edir. Lakin dil sayının 40-a çatdırılması planlaşdırlır.

"Skype" 3 il öncə 8.5 milyard dollara satılıb. Bu xidmətin hətta gələcəkdə xarici dil öyrənmə məcburiyyətini belə aradan qaldıracağı istisna edilmir. Xidmətdən xarici ölkə ilə ticarət etmək istəyənlər və tələbələr daha çox yararlana biləcəklər.

"Skype Translator"ın ilk testləri ABŞ-ın Stafford məktəbi ilə Meksikadakı Peterson məktəbi arasında gerçəkləşib. Meksikadakı şagird ispan, amerikalı isə ingilis dilində danışıb. "Skype" sinxron tərcümə ilə şagirdlərin bir-biri ilə danışmasını təmin edib.
911 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 12:39