Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

Beş ilin ən populyar adları

Ədliyyə Nazirliyi son beş ildə uşaqlara qoyulan ən populyar adların statistikasını açıqlayıb.

Beş ilin (2010, 2011, 2012, 2013, 2014) toplu nəticəsinə görə, ən populyar ad Zəhradır. Bu illərdə Azərbaycan Respublikasında doğulmuş 16952 uşağa Zəhra adı verilib.

2-ci yerdə Yusif gəlir. Beş ildə 16923 uşağa Yusif adı qoyulub.

3-cü yeri Nuray adı tutur: 14077.

Azərbaycan Respublikasında doğulmuş uşaqlara qoyulan ən populyar adların beş illik statistikasında Fatimə 4-cü (13471), Əli 5-ci (13100), Hüseyn 6-cı (12258), Məhəmməd 7-ci (8348), Murad 8-ci (7909), Zeynəb 9-cu (7671), Ayan 10-cu (7631) yerdədir./mediaforum/
809 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber