Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

Pakistan ölüm hökmünə qoyduğu qadağanı ləğv etdi

Pakistanda ölüm hökmünə qadağa aradan qaldırılıb.

“Reuters”in verdiyi xəbərə görə, Pakistanın baş naziri Nəvaz Şərif Nazirlər Komitəsinin bu qadağanın ləğv edilməsi qərarını təsdiqləyib.

N. Şərif bu addımın ölkədə terrorçuluq dalğasının güclənməsi ilə əlaqədar atıldığını vurğulayıb: “Dünən Peşəvərdə baş vermiş hadisə faciədir. Biz öz uşaqlarımızın amansızcasına qətlə yetirildiyini unutmayacağıq, onların qanı yerdə qalmayacaq. “Taliban”la dialoqda heç bir nəticəyə nail olmadıq və onlarla mübarizə aparmaq qərarına gəldik. Pakistanda terrorçuluğun tamamilə aradan qaldırılmasını istəyirik”.

Xatırladaq ki, dünən “Taliban” silahlılarının hərbi məktəbə hücumu nəticəsində 141 nəfər qətlə yetirilib.
810 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber