Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

Rusiya türmələrindəki azərbaycanlı məhbuslara işgəncə verirlər

Rusiyanın Kalininqrad vilayətindəki 13 saylı islah-əmək koloniyasında cəza çəkən azərbaycanlı məhbuslara işgəncə verirlər. Özü də bu birbaşa koloniya rəisinin vəzifəsini müvəqqəti icra edən Mixail Fomenko və mayor Zelimxan Alxanovun göstərişi ilə edilir.

Bunu Ümumrusiya Azərbaycanlıları Konqresi regional şöbəsinin sədri Tofiq Rzayev deyib.

Onun sözlərinə görə, koloniyadakı Azərbaycan vətəndaşı olan məhbuslar döyülür, isti paltarları əllərindən alınır və onların namaz qılmalarına imkan verilmir.

T.Rzayev deyib ki, bununla bağlı koloniya rəhbərliyinə müraciət edərək həmin məhbuslarla görüş üçün icazə istəyib. Amma ona heç bir cavab verilməyib.

“Doğrudur, əvvəllər mənim prokurora etdiyim müraciətlərin nəticəsi olmuş və məhbuslara işgəncə verilməsi dayandırılmışdı. Amma... indi məlum olur ki, bu cəmisi bir neçə günlük “fasilə” imiş”, - deyə Tofiq Rzayev vurğulayıb./virtualaz/
879 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP