Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Dekabr 2014

“Peşmərgə” qüvvələri Mosulda 2 kəndi azad edib

Kürdlərin “Peşmərgə” qüvvələri İraqın Mosul şəhəri ətrafındakı Sinun qəsəbəsindəki iki kəndi "İslam Dövləti" (İŞİD) terror təşkilatı silahlılarından azad edib.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Peşmərgə” qüvvələrinin komandanı Hacı Əli məlumat verib.

Onun sözlərinə əsasən, "Peşmərgə" səhər saatlarında beynəlxalq aviasiyanın dəstəyi ilə Sinun ətrafında İŞİD silahlılarına qarşı əməliyyata başlayıb. İŞİD-in rayondakı mövqeləri intensiv yerüstü və hava atəşinə məruz qalıb. “Peşmərgə” qüvvələri Başur və Qurde Şoriyan kəndlərini azad edə bilib: "Toqquşma davam edir. Biz rayonun azad edilməsi üçün Sincar dağı ətrafına doğru irəliləyirik. Hədəfimiz bu dağ arxasında yerləşən Suninin bütün ətraf ərazilərini azad etməkdir.”/SalamNews/
942 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP