Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

«Xəbər gəldi ki, evinizi uçururlar…»

Yasamal sakininin kompensasiya tələbinə rədd cavabı verilib
Binəqədi rayon sakini Mansurova Hafizə Tanrıverdi qızı Yasamal Rayon İcra Hakimiyyətindən şikayətçidir. O bildirir ki, bu ilin əvvəllərində “Qanlı göl”ün ətrafında tikdiyi evi uçurublar.
“Mən burada ev tikmək üçün torpaq sahəsini yeznəmdən almışam. Torpaq almaq və et tikmək üçün 23 min manat xərc çəkmişik. Yeznəm Mənzil-Kommunal İstismar Sahəsinin rəhbərliyi ilə danışmışdı. “Jek”dən bizi tələsdirirdilər ki, evi tez tikib başa çatdıraq. Biz evi tikib rayona getdik. Qonşulardan xəbər gəldi ki, bəs evimiz Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sökülür, durmayın gəlin. Evimizi sökməmişdən öncə bizə xəbərdarlıq edilməyib”, deyə Hafizə Mansurova bildirdi.

Onun sözlərinə görə, söküntü prosesinə Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov başçılıq edib. Vətəndaş mülkiyyətinin sökülməsi ilə bağlı Prezident Administrasiyasına, Yasamal Rayon İcra Hakimiyyətinin başçısına, Heydər Əliyev Fonduna (hamısı bir zibildir) müraciət edib: “Müraciətlərim icra hakimiyyətinə yönəldilib. Müraciətlərimə rəsmi cavab verilməyib. Prezident Administrasiyasından mənə şifahi bildirdilər ki, hüquqlarımın pozulmasını iddia edirəmsə, məhkəməyə müraciət edim. Mənim mülkiyyətimin sənədi olmayıb deyə məhkəməyə müraciət edə bilmirəm.

Yasamal rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyevin qəbulunda oldum. Ya ev, ya da sökülən mülkiyyətimə görə, kompensasiya istədim. O da mənə dedi: “Get hara şikayət edirsən et. Sənə heç nə yoxdur”. Mən hazırda evsizəm. Mən qohumu tərəfindən aldanmış və icra hakimiyyəti tərəfindən əzilmiş vətəndaşam. Mənə kömək edin”.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirildi ki, bu ərazi vaxtilə Elmlər Akademiyasının nəzdində olub. Buradakı qanunsuz tikililərin olması səbəbindən icra hakimiyyətində qərar olub ki, həmin tikililər sökülsün./bizimyol/
939 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı