Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

Sinif yoldaşlarının hamısı öldürüldü: ondan başqa

Taliban terrorçuları bütün 9-cu sinif şagirdlərini qırıblar. 15-yaşlı gəncdən başqa.

Davud dekabrın 16-da dərsə gecikib. Həmin gün onun məktəbinə hücum edən talibançılar Davudun bütün sinif yoldaşlarını qətlə yetiriblər, 9-cu sinfə gedən uşaqlardan sağ qalan yeganə şagird odur.

Davudun qardaşı ilə söhbətində "Express Tribune" onun məktəbdən qalmasının səbəbini soruşub. Məlum olub ki, bir gün əvvəl toyda idilər, evə gec gəliblər, ona görə də səhər yatıb qalıb.

Faciədən sarsıntı keçirən 15 yaşlı gənc hazırda heç kimlə danışmır. Qardaşı deyir ki, güclü oğlandır, cüdo ilə məşğul olur. Lakin indi heç bir hiss göstərmir, sinif yoldaşlarının yasına gedir və hey susur.

Pakistanın Peşəvər şəhərindəki orta məktəbdə baş verən qətliamda 144 nəfər həlak olub. Onların, demək olar ki, hamısı məktəb şagirdləridir. Bu uşaqların valideynləri əsasən Pakistan ordusunun zabitləri olub. Terrorçular qanlı hücumun Talibana qarşı hərbi əməliyyatlar keçirən Pakistan ordusundan intiqam olduğunu bəyan ediblər./azadliq.org/
944 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:15