Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

Metropolitendə kütləvi ixtisar: 900 nəfər işdən çıxarılır

Avropa Olimpiya Oyunları başlayıb qurtarana kimi insanlar acından  ölməlidir?!

Metrotikinti İdarəsində çalışan həmin işçilər yanvarın 1-dən 6 aylıq müddətə öz hesablarına məzuniyyətə göndərilir, səbəb maliyyə çatışmazlığıdır

Bakı Metropoliteni ASC-nin 900-ə yaxın işçisi ixtisar ediləcək. Tağı Əhmədovdan sonra ortaya çıxmış belə mənzərəyə səbəb isə ciddi maliyyə çatışmazlığı göstərilir.

Məlumatda deyilir ki, ixtisar ediləcək işçilər ASC-nin tabeliyində olan Metrotikinti İdarəsində çalışanlardır. Onların sayının 1500 nəfər olduğu qeyd edilir. Yanvarın 1-dən isə 900 nəfər işçi 6 aylıq müddətə öz hesablarına məzuniyyətə göndəriləcəklər. Maliyyə çatışmazlığının nədən yaranması məsələsinə gəldikdə isə idarə rəhbərliyi bunu yayda keçiriləcək olimpiya oyunları ilə əlaqələndirib. Və bildirilib ki, bütün pullar olimpiya oyunları üçün nəzərdə tutulmuş tikintiyə yönəldiyindən Metrotikinti İdarəsinə maliyyə ayrılması dayandırılıb. Proses yeni ilin ikinci yarısından etibarən bərpa olunacaq.

Amma Avropa Olimpiya Oyunlarından sonra məzuniyyətə göndərilmiş işçilərin yenidən geri qaytarılacağı məsələsi də sual altındadır. Bəzi iddialara görə, Bakı Metropoliteni ASC-nin rəhbərliyi onların yerinə yenilərini götürə bilər./jam.az/
1000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber