Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

Ağdam məktəblərində 46 saxta diplomlu müəllim var

Rayon təhsil şöbəsinin müdiri Elmira Şükürovanın məsələdən xəbəri olsa da, göz yumub

Azərbaycanın batan təhsil sistemi ilə bağlı daha bir biabırçı fakt ortaya çıxıb. Təhsil Nazirliyinin həyata keçirdiyi yoxlama zamanı üzə çıxan həmin faktlar məktəblərdə saxta diplomla dərs deyən müəllimlərin sayı ilə bağlıdır.

Məlumatda deyilir ki, ayrı-ayrı rayonlar üzrə aparılan araşdırmalardan ortaya çıxan mənzərə Təhsil Nazirliyinin özünü belə şoka salıb. Çünki elə rayonlar olub ki, orada hər məktəbdə ən azı 2 saxta diplomlu müəllimin olduğu aşkarlanıb. Və vəziyyət o qədər kritik həddə çatıb ki, nazirlik bu müəllimləri işdən çıxarmağa çətinlik çəkib.

Ayrı-ayrı rayonlar üzrə müəyyən edilmiş cədvəldəki saxta diplomlu müəllimlərin sırasında öncül yerlərdən birini Ağdam təhsili tutur. Məlumatda vurğulanır ki, Ağdam Təhsil Şöbəsinin balansında olan orta məktəblərdə 46 saxta diplomlu müəllim işləyir. Onların işə götürülməsi ilə bağlı araşdırılma aparılmasa da, bəzi dəqiqləşdirmələrə görə, bundan yerli təhsil şöbəsinin müdiri Elmira Şükürovanın məlumatı olub. Sadəcə, bəzi maraqlar fonunda həmin saxta sənədlərə göz yumulub.

Digər rayonların «saxta diplom» üzrə göstəriciləri ilə bağlı dəqiqləşdirmələr başa çatan kimi oxuculara məlumat verəcəyik. Yazıda adı keçən şəxsin də mövqeyini dərc etməyə hazırıq./jam.az/
875 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber