Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

“Qara qutu” tapıldı

Kazanda qəzaya uğrayan təyyarənin “qara qutu”su tapıldı

Kazan hava limanına eniş edərkən qəzaya uğrayan Boeing 737-500 təyyarəsinin “qara qutu”su tapılıb. Musavat.com-un İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu “Tatarstan” hava yolları şirkəti açıqlayıb.

“Qara qutu” təyyarənin yerə çırpılması nəticəsində yaranan çaladan tapılıb. Amma qutudakı qeydlər hələ oxunmayıb.

Xatırladaq ki, təyyarə qəzası nəticəsində 50 nəfər - 44 sərnişin və 6 heyət üzvü həlak olub. Qəza qurbanları arasında Tatarıstan prezidentinin oğlu da var.
1768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP