Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

Çin prezidentindən futbolla bağlı yeni qərar

Çin məktəblərində futbol məcburi olacaq.apasport.az xəbər verir ki, bu yeniliyin təşəbbüskarı ölkə prezidenti Si Tzinpindir. O bildirib ki, uşaqlıqdan futbolla maraqlanmaq lazımdır. Si Tzinpin ümid edir ki. Çin dünya çempionatına ev sahibliyi edib, kuboka sahib ola bilər. 2017-ci ilə qədər təxminən 20 min Çin məktəbi, yeni sahələr və infrastrukturlar yaradılacaq. Məqsəd isə 100 min yeni futbolçu meydana çıxartmaqdır. 2016-cı ildə universitetə daxil olan tələbə öz istəyi ilə futboldan imtahan verəcək. Qeyd edək ki, Çin milli komandası FİFA reytinqində 88-ci yerdə qərarlaşır. Asiya təmsilçisi yalnız bir dəfə dünya çempionatında mübarizə aparıb. 2002-ci ildə Yaponiya və Koreyada keçirilən mundialda çinlilər qrupu həm xalsız, həm də qolsuz başa vurmuşdular
1023 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber