Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

İŞİD mobil telefon sahiblərini həbs edir

Sumaria News kanalına xəbər verən Neynəva əyalətindən olan məlumatlı mənbə bildirib: Təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) telefonla danışmaq üçün dalğa axtarmaq məqsədil hündür yerlərə çıxan şəxsləri həbs edib.
Nur-az.com-un əl-Aləmə istinadla verdiyi məlumatına əsasən, İŞİD terrorçuları tərəfindən Mosul şəhərinin mobil rabitə sistemləri sıradan çıxdıqdan sonra, telefon dalğası əldə etmək məqsədilə şəhərin hündür yerləri və evlərin damına çıxan əhali İŞİD üzvləri tərəfindən saxlanılır.
Bu mənbə bildirib: Həbs edilən əhali naməlum yerlərə aparılır.
Qeyd etmək lazımdır ki, İŞİD terror qruplaşması yaxın vaxtlarda elan edib ki, əhalinin mərkəzi dövlət orqanları və İŞİD əleyhinə koalisiya ilə əməkdaşlıq etməməsi üçün mobil telefon xidmətlərini bağlayıb.
1027 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber