Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

Azərbaycanda 3 nəfər güllələnib: 2 ölü

Dekabrın 17-də Azərbaycanın müxtəlif ərazilərində silahlı insidentlər baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, İmişli rayonunun Məmmədli kəndindəki Şərbət-Qobu gölünün yaxınlığında ovla məşğul olan Bakı şəhər sakini Akif Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəş kənd sakini Hamlet Allahverdiyevə dəyib. H.Allahverdiyev hadisə yerindəcə keçinib. İmişli RPŞ əməkdaşları tərəfindən A.Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Oxşar hadisə dekabrın 17-də Mingəçevir şəhərində də baş verib. Kür çayının sahilində ovla məşğul olan şəhər sakini Elxan Bayramov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəş həmyerlisi Hümbət Maşıyevə dəyib. Xəstəxanaya yerləşdirilmiş H.Maşıyev ölüb. Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən E.Bayramovdan ov tüfəngi götürülüb.

Daha bir silahlı insident Bərdə rayonunun Məmmədli kəndində qeydə alınıb. Rayon sakini Tarıyel Əliyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Bərdə RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd nömrəsi silinmiş ov tüfəngi götürülüb./lentaz/
920 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi