Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

Ərdoğana ağır təhqir

Türkiyənin “Samanyolu” telekanalının aparıcısı Asim Yıldırım sosial mediada prezident Rəcəb Tayyib Ərdoğana çox ağır təhqirlər yağdıraraq qarğışlar elədi.

Asim Yıldırım prezident Ərdoğanı "şizofreniyalı, oğru, vətən xaini, saxtakar, dindar görünüşlü vəhşi" kimi sözlərlə təhqir edib. Jurnalistin “Twitter”dəki bu mesajları böyük reaksiya doğurub.

Bir neçə gün öncə isə Türkiyənin Samanyolu telekanalının (STV) prodüseri Salih Asan və rejissoru Engin Koç həbs ediliblər. Onlar “Paralel Yapı” əməliyyatı çərçivəsində Eskişehirdə polis əməkdaşları tərəfindən saxlanılıblar.

Polis əməkdaşları səhər saatlarında “Sungurlar” və "Tek Türkiyə” seriallarının yapımcısı Salih Asanın evinə yollanıb. Elə həmin vaxtda “Sungurlar” serialının rejissoru Engin Koç öz evində saxlanılıb. Həbs edilən şəxslər polis idarəsinə aparılıb. Koç və Asanın sağlamlıq müayinəsindən keçdikdən sonra İstanbula aparılacaqları açıqlanıb.

İstanbul və digər bölgələr daxil olmaqla başladılan “Paralel yapı” əməliyyatı nəticəsində şübhəli şəxslərin həbsləri davam etdiriləcəyi bildirilir.
948 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21