Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

Bakıda fəhlələr maaş tələbi ilə ayağa qalxdı - FOTO

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, “Paşa Insaat”ın "Ganjlik Mall" layihəsini həyata keçirən “Alltech” şirkəti əmək haqqlarını gecikdirdiyinə görə işçilər etiraz aksiyası keçirib və işləməkdən imtina ediblər. Belə ki, “Ganjlik Mall” layihəsinin işıqlandırma sistemi “Anel” adlı türk şirkətinə verilib. “Anel” şirkəti isə üzərinə götürdüyü işi 2 digər şirkətin vasitəsilə həyata keçirir. Bu şirkətlərdən biri “Alltech” şirkətidir. Şirkətin hər ay maşşları 15-20 gün gecikdirməsi fəhlələrin səbrini tükəndirib.
“Alltech” şirkətinin yetkilisi maaşların gecikməsini “Anel” şirkətinin ödəməli olduğu vəsaiti verməməsi ilə əlaqələndirib.
“Azadlıq”a məlumat verən şəxs onu da bildirib ki, fəallıq edən fəhlələr işdən azad olunacaqları ilə hədələnirlər. Eyni zamanda bildirilir ki, 15 gün əvvəl maaşların verilməməsinə etiraz edən "Protech" adli şirkətin işçiləri kütləvi şəkildə işdən azad edilib. Əldə etdiyimiz son məlumata görə "Alltech" şirkətinin stadionda işləyən fəhlələri də işləməkdən imtina ediblər.
894 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı