Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

Boko Haram 200 nəfəri girov götürdü

Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində 200 nəfər Bokom Haram terror təşkilatı tərəfindən qaçırılıb.

Təhlükəsizlik qüvvələrinin rəsmisi Jubrin Gunda xəbəri təsdiqləyərək, terrorçuların Bintra kəndinə hücum edərək, 200-dən çox sakini girov götürdüklərini deyib.

Bundan başqa terrorçuların bu gün səhər avtobusu gülləbaran etməsi nəticəsində 12 nəfərin öldürüldüyü də bildirilib.

Qeyd edək ki, Boko Haram tərəfindən aprel ayında məktəb yataqxanasından qaçırılan 200 qız hələ də terrorçuların əlindədir.
867 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber