Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

Rusiyanın Ukrayna siyasəti dəyişməyəcək

Rusiya Donbas əhalisinə indiki kimi - humanitar karvan göndərməklə yardım göstərməyə davam edəcək.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında səsləndirib.

“Biz, əlbəttə, Donbas əhalisinə yardım edəcəyik, necə ki, indi edirik. Bilirsiniz ki, artıq on humanitar yardım karvanı göndərilib”, - deyə prezident bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya beynəlxalq normaların əsas prinsiplərindən, ancaq insanların da öz talelərini özlərinin həll etmək hüquqlarından çıxış edəcək.

Putinin sözlərinə görə, Rusiya Ukraynada böhranın təzyiq yolu ilə deyil, siyasi vasitələrlə həll edilməsindən yanadır.
997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP