Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Dekabr 2014

Azərbaycan 135-ci yerdə qaldı

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.

Azərbaycan milli komandası 215 xalla 135-ci pillədə qalıb.

AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərdən İtaliya 1103 xalla 11-ci, Xorvatiya 946 xalla 19-cu, Bolqarıstan 506 xalla 66-cı, Norveç 500 xalla 67-ci pillədə qalıb, Malta isə 166 xalla 1 pillə irəliləyərək, 147-ci mövqedə qərarlaşıb.

Qeyd edək ki, siyahıdakı əksər ölkələrin reytinqində dəyişiklik baş verməyib.
1097 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber